...

Rusiyalı politoloqlar Aleksey Vlasov və İsmayıl Ağakişiyev TREND İnformasiya Agentliyinin kollektivi ilə görüşüblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 17 May 2010 16:23 (UTC +04:00)
MDU-nun postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə Analitik-İnformasiya Mərkəzinin baş direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev bazar ertəsi TREND Beynəlxalq İnformasiya Agentliyinin kollektivi ilə görüşüblər.
Rusiyalı politoloqlar Aleksey Vlasov və İsmayıl Ağakişiyev TREND İnformasiya Agentliyinin kollektivi ilə görüşüblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə Analitik-İnformasiya Mərkəzinin baş direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik-infofrmasiya portalının baş redaktoru Aleksey Vlasov və Rusiya Dövlət Humanitar Universiteti (RDHU) yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev bazar ertəsi TREND Beynəlxalq İnformasiya Agentliyinin kollektivi ilə görüşüblər.

Görüşdə Azərbaycan jurnalistikasının inkişafı, azərbaycanlı və rusiyalı jurnalistlər arasında dialoqun genişləndirilməsi, materialların hazırlanmasında peşəkarlığın artırılması, Azərbaycan agentliyinin məhsullarının beynəlxalq informasiya bazarında daha fəal yayılması məsələləri müzakirə olunub.

Vlasov postsovet məkanında jurnalistikanın inkişafı ilə bağlı baxışlarını bölüşüb və qeyd edib ki, TREND BİA bu gün regionda operativ və balanslaşdırılmış informasiya agentliklərindən biridir.

İsmayıl Ağakişiyevin sözlərinə görə, vətəndən nə qədər uzaq yaşasan, bir o qədər onun haqqında çox bilmək istəyirsən. "Azərbaycan haqqında həyəcanın az, məlumatların isə çox olduğu TREND-dən oxumaq mənə həmişə xoşdur", - Ağakişiyev bildirib.

Öz növbəsində Vlasov qeyd edib ki, Rusiya və Azərbaycan münasibətlərinin bütün tarixi ərzində dostluğu qoruyub saxlayıblar.

"Və bu, informasiyanın işıqlandırılması səviyyəsində də möhkəmləndirilməlidir. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin əksəriyyətində KİV rus dilində çıxır, lakin biz jurnalistlərin bir-biriləri ilə əlaqə saxlamaları üçün çox az iş görürük", - politoloq deyib.

Vlasovun sözlərinə görə, jurnalistlərin əksəriyyəti "eyni dildə danışdıqları" həmkarlarından daha çox qərbli həmkarları ilə əlaqə saxlayırlar. "Təəssüf ki, heç kim müntəzəm görüşmək və informasiya mübadiləsi aparmaq üçün azərbaycanlı jurnalistlərlə birgə dialoq meydançası yaratmır", - dekan müavini qeyd edib.

Onun sözlərinə görə, TREND Azərbaycan və onun regionları haqqında daha çox, tam obyektiv informasiya təqdim edir.

Xəbər lenti

Xəbər lenti