...

Azərbaycan ərazisində Kürün aşağı axınında suyun səviyyəsi artmaqda davam edir – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 18 May 2010 17:31 (UTC +04:00)
Azərbaycan ərazisində Kürün aşağı axınında suyun səviyyəsi artmaqda davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycan ərazisində Kürün aşağı axınında suyun səviyyəsi artmaqda davam edir – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir М.Əliyev/

Azərbaycan ərazisində Kürün aşağı axınında suyun səviyyəsi artmaqda davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Əvvəlki günlərlə müqayisədə mayın 18-də Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 16 santimetr artaraq 930, Şirvanda 11 (848 sm), Bankədə 7 sm (502 sm), Surra və Novruzluda 4 sm (müvafiq olaraq 930 sm və 706 sm) artıb. Yalnız Zərdab məntəqəsində səviyyə 6 sm azalıb.

Bu artım mayın 15-də gecə Kür, Araz və Qanıx çaylarının hövzələrində leysan yağışlarının yağması ilə əlaqədardır.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti