...

Gürcüstandakı milli azlıqların birləşməsi vacibdir – Avropa Mərkəzinin nümayəndəsi

Cəmiyyət Materials 18 May 2010 19:00 (UTC +04:00)
Gürcüstandakı milli azlıqların nümayəndələri birləşsələr, öz problemlərini səmərəli şəkildə həll edə bilərlər. Milli azlıqlarla iş üzrə Avropa Mərkəzinin(ECMI) regional nümayəndəsi Tom Triyer belə hesab edir.
Gürcüstandakı milli azlıqların birləşməsi vacibdir – Avropa Mərkəzinin nümayəndəsi

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir C.Babayeva/

Gürcüstandakı milli azlıqların nümayəndələri birləşsələr, öz problemlərini səmərəli şəkildə həll edə bilərlər. Milli azlıqlarla iş üzrə Avropa Mərkəzinin (ECMI) regional nümayəndəsi Tom Triyer belə hesab edir.

"Milli azlıqların nümayəndələri bir qurumda təşkilatlansalar və birləşsələr öz sözlərini daha səmərəli çatdıra bilərlər", - Triyer çərşənbə axşamı Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri ilə görüşü zamanı bəyan edib.

"Milli azlıqların yaşadıqları regionlarda vətəndaş cəmiyyətinin inkişafına dəstək demokratiyanın inkişafının əsas göstəricilərindən biridir", - regional nümayəndə bildirib.

"Regiondakı vəziyyəti heç kim həmin regionun sakinləri qədər bilmir. Milli azlıqların nümayəndələri özləri problemlərinin həllinə fəal qoşulmalıdırlar", -Triyer deyib.

Triyer xatırladıb ki, ötən il Milli azlıqlarla iş üzrə Avropa Mərkəzi Kvemo-Kartlidə vətəndaş forumunun yaradılmasını dəstəkləyib. "Lakin təəssüf ki, forumun fəaliyyəti hələlik bizim planlaşdırdığımız kimi səmərəli getmir", - o deyib.

Xəbər lenti

Xəbər lenti