...

İsveçdə azərbaycanlı gənclərin yeni təşkilatı yaradılıb

Cəmiyyət Materials 19 May 2010 16:11 (UTC +04:00)
İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıblar. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
İsveçdə azərbaycanlı gənclərin yeni təşkilatı yaradılıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M.Əliyev/

İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıblar. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Stokholmda biraraya gələn gənc azərbaycanlıların keçirdiyi təsis konfransında Linköping Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universitetinin Hüquq və beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Fərəc Quliyev "İsveçin gənc azərbaycanlıları" təşkilatının nizamnaməsini təqdim ediblər.

Yaxın zamanlarda həmçinin İsveç Krallığında yaşayan soydaşlarımızın birgə fəaliyyətinin nəticəsi olaraq "İsveç Azərbaycanlıları Konqresi" yaradılacaq. Konqresin ilk qurultayının bu il iyunun 5-də Stokholda keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti