...

Çərşənbə günü Azərbaycan ərazisindəki çaylarda suyun səviyyəsi qalxmaqda davam edir

Cəmiyyət Materials 19 May 2010 16:34 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın ərazisində Kür çayının aşağı axınında suyun səviyyəsi qalxmaqda davam edir.
Çərşənbə günü Azərbaycan ərazisindəki çaylarda suyun səviyyəsi qalxmaqda davam edir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Azərbaycanın ərazisində Kür çayının aşağı axınında suyun səviyyəsi qalxmaqda davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Əvvəlki günlərlə müqayisədə mayın 19-da Surrada suyun səviyyəsi 10 santgimetr artaraq 940, Şirvanda 4 sm (852 sm), Bankədə 3 sm (505 sm), Zərdabda isə 2 sm (768 sm) artıb.

Araz çayı üzərindəki Novruzlu məntəqəsində suyun səviyyəsi 13 sm artaraq 719 sm təşkil edib.

Ekologiya Nazirliyinin məlumatına görə, Kür və Araz çaylarında leysan yağışların yağması ilə əlaqədar suyun səviyyəsində artım mayın 24-dək davam edəcək.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti