...

Azərbaycanda məktəb məzunlarının sayı azalıb

Cəmiyyət Materials 19 May 2010 17:13 (UTC +04:00)
Azərbaycanda bu il 104 min şagird məktəbi bitirir. Bu isə ötən ildəkindən 8 faiz (9 149 şagird) azdır.
Azərbaycanda məktəb məzunlarının sayı azalıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il 104 min şagird məktəbi bitirir. Bu isə ötən ildəkindən 8 faiz (9 149 şagird) azdır. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Təhsil Nazirliyinin məlumatına görə, bu, 2007-ci ildən başlayaraq məzunların ən az sayıdır.

Azərbaycanın dövlət ali məktəblərində 95 145 tələbə təhsil alır .Bunlardan 88 023-ü bakalavrdır. 2010-cu ildə 20 min bakalavr və 2 750 magistr təhsilini başa vurur. Özəl ali məktəblərdə 21 878 tələbə təhsil alır - 21 260 bakalavr və 618 magistr.

Bundan başqa, 2010-cu ildə 1-ci sinfə son üç il ərzində ən çox sayda uşaq gedəcək - 123 844 şagird.

Xəbər lenti

Xəbər lenti