...

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 19 May 2010 18:42 (UTC +04:00)
BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kaelin mayın 19-24-də Azərbaycana növbəti dəfə səfər edəcək.
BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir М.Əliyev/

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kaelin mayın 19-24-də Azərbaycana növbəti dəfə səfər edəcək. Bu barədə BMT-nin Azərbaycandakı ofisinin məlumatında deyilir.

Səfər zamanı Kaelin hökumət nümayəndələri, BMT rəsmiləri, həmçinin vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət mənsubları ilə görüşlər keçirəcək.

BMT baş katibinin nümayəndəsi səfər zamanı hazırlanan ilkin qeydləri mayın 24-də keçiriləcək mətbuat konfransında təqdim edəcək. Hesabat isə 2011-ci ilin mart ayında İnsan Hüquqları üzrə Şuraya təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti