...

Azərbaycan Ədliyyə Nazirliyi 3 məhkəmə binasının tikintisi üçün tender elan edib

Cəmiyyət Materials 20 May 2010 11:13 (UTC +04:00)
Ədliyyə Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, tender Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin, Gədəbəy Rayon Məhkəməsinin və Oğuz Rayon Məhkəməsinin inzibati binalarının tikintisi üçün keçirilir.

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, tender Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin, Gədəbəy Rayon Məhkəməsinin və Oğuz Rayon Məhkəməsinin inzibati binalarının tikintisi üçün keçirilir.

Azərbaycan Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar kredit alıb və kredit vəsaitlərinin bir hissəsinin Gədəbəy, Oğuz və Gəncə şəhəri Nizami rayon məhkəmələrinin inzibati binalarının tikintisinə xərclənməsi nəzərdə tutulur.

Tender iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

Tender təklifləri iyunun 28-dək təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti