...

Sumqayıtda AFFA-nın təşkilatçılığı ilə "Top festivalı" keçirilib

Cəmiyyət Materials 20 May 2010 11:49 (UTC +04:00)
Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə "Top festivalı" keçirilib.
Sumqayıtda AFFA-nın təşkilatçılığı ilə "Top festivalı" keçirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə "Top festivalı" keçirilib.

"Kimyaçı" mədəniyyət sarayının qarşısında baş tutan festivalın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Sumqayıt Rayon İcra Hakimiyyətindən cümə axşamı Trend-ə bildiriblər ki, 14 yaşadək uşaqlar arasında top çiləmək üzrə yarış olan "Top festivalı"nda 350 uşaq iştirak edib. Yarışda 5 nəfərdən ibarət münsiflər heyəti tanınmış futbol xadimləri və dəvət edilmiş qonaqlardan ibarət olub.

İlkin mərhələdə 5 nəfərdən ibarət qruplarla yarışa start verilib. Hər qrup 5 dəqiqə top çiləyib. Hakimin fitindən sonra münsiflər 1 nəfəri seçərək səhnəyə göndərib. 1-ci mərhələ bitdikdən sonra, səhnədə toplaşmış qaliblər qruplara bölünməklə eyni formada yarışıblar. Nəticədə, finala 3 nəfər vəsiqə qazanıb. I, II və III yerlərin sahiblərinə AFFA rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib. Eyni zamanda, yarışı tərk edən iştirakçılar AFFA tərəfindən top, futbolka və kepka qazanıblar.

Xəbər lenti

Xəbər lenti