...

Fəlakət zonalarındakı bütün məcburi köçkünlərə yardım göstərilib – Azərbaycan Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 20 May 2010 13:13 (UTC +04:00)
Təbii fəlakət zonalarındakı bütün məcburi köçkünlərə lazımi köməklik göstərilib. Bu barədə jurnalistlərə Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı məlumat verib.
Fəlakət zonalarındakı bütün məcburi köçkünlərə yardım göstərilib – Azərbaycan Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Təbii fəlakət zonalarındakı bütün məcburi köçkünlərə lazımi köməklik göstərilib. Bu barədə jurnalistlərə Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı məlumat verib.

Onun sözlərinə görə, daşqınlardan əziyyət çəkən rayonlardan olan məcburi köçkünlər vaxtında köçürülüb və təhlükəsiz rayonlarda yerləşdiriliblər.

"Azərbaycanın Saatlı və Sabirabad rayonlarından 300-ə yaxın məcburi köçkün başqa yerə köçürülüb, onların hamısı yaxınlıqdakı rayonlarda yaşayan qohumlarının və yaxınlarının yanlarına köçürülmələrini xahiş ediblər və biz onların köçürülmələri üçün lazımi şərait yaratdıq", - Həsənov deyib.

Onun sözlərinə görə, daha çox Göygöl rayonundan olan məcburi köçkünlər əziyyət çəkiblər. "Biz onlar üçün Goranboy rayonunun Veysəlli kəndində yer ayırdıq, lakin onlar bizdən yerində kömək göstərilməsini xahiş etdilər. Dövlət Komitəsi FHN-nin əməkdaşları ilə birgə bunun üçün lazımi şərait yaratdı", - Baş nazirin müavini bildirib.

Xəbər lenti

Xəbər lenti