...

İsraildə rus mətbuatının XII dünya konqresi keçiriləcək

Cəmiyyət Materials 20 May 2010 14:02 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin müxtəlif şəhərlərində rus mətbuatının mayın 23-dən 27-nə qədər keçiriləcək XII dünya konqresinin bazar günü Təl-Əvivdə açılış mərasimində çıxış edəcək.
İsraildə rus mətbuatının XII dünya konqresi keçiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin müxtəlif şəhərlərində rus mətbuatının mayın 23-dən 27-nə qədər keçiriləcək XII dünya konqresinin bazar günü Təl-Əvivdə açılış mərasimində çıxış edəcək.

Konqresin açılışında Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin də iştirak edəcək.

Konqresin tədbirləri sırasına Rusiyanın İTAR-TASS agentliyinin fotosərgisi, faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş rəsmi tədbir və s. daxildir.

Konqresin işində Azərbaycanın aparıcı KİV, o cümlədən, Trend Beynəlxalq İnformasiya Agentliyinin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti