...

Azərbaycanın təbii fəlakət bölgəsində dərslərin bütövlükdə dayandırılmasına ehtiyac yoxdur - nazir Misir Mərdanov

Cəmiyyət Materials 21 May 2010 12:29 (UTC +04:00)
Azərbaycanın təhsil naziri bəyan edib ki, təbii fəlakət bölgəsində dərslərin bütövlükdə dayandırılmasına ehtiyac yoxdur.
Azərbaycanın təbii fəlakət bölgəsində dərslərin bütövlükdə dayandırılmasına ehtiyac yoxdur - nazir Misir Mərdanov

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təhsil naziri bəyan edib ki, təbii fəlakət bölgəsində dərslərin bütövlükdə dayandırılmasına ehtiyac yoxdur.

"Sabirabad və Saatlı rayonlarında təhsillə bağlı ciddi problemlər yaranıb. Həmin rayonun təhsil şöbələrinin müdirləri mənə məlumat veriblər ki, hələlik dərslərin bütövlükdə dayandırılmasına ehtiyac yoxdur", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Nazirin sözlərinə görə, köçürülmüş kəndlərin sakinlərinin uşaqları üçün məskunlaşan yerlərdə təhsilin bərpasına çalışılır. Mərdanov bildirib ki, təhsil şöbələrinin müdirlərinə əlavə səlahiyyət verilib ki, ehtiyac yarandığı zaman istənilən məktəblərdə tədrisi dayandırsınlar.

Xəbər lenti

Xəbər lenti