...

Azərbaycanın daşqınlardan ziyan çəkmiş rayonlarında abituriyentlərin elektron bəyanatları ilə bağlı problem yoxdur – Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi

Cəmiyyət Materials 21 May 2010 13:46 (UTC +04:00)
Azərbaycanın daşqınlardan ziyan çəkmiş Kürətrafı rayonlarında qəbul imtahanlarında iştirakla bağlı abituriyentlərin elektron bəyanatlarının qeydiyyatı və təsdiqlənməsi ilə əlaqədat problem yoxdur. Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komitəsindən cümə günü jurnalistlərə bildirilib.
Azərbaycanın daşqınlardan ziyan çəkmiş rayonlarında abituriyentlərin elektron bəyanatları ilə bağlı problem yoxdur – Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanın daşqınlardan ziyan çəkmiş Kürətrafı rayonlarında qəbul imtahanlarında iştirakla bağlı abituriyentlərin elektron bəyanatlarının qeydiyyatı və təsdiqlənməsi ilə əlaqədat problem yoxdur. Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komitəsindən cümə günü jurnalistlərə bildirilib.

"TQDK internet vasitəsilə abituriyentlərin elekton ərizələrinin qeydiyyatı prosesinə nəzarət edir". - İdarənin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. - "Lakin zərurət yaranarsa, ərizələrin qeydiyyatı və təsdiqlənməsinin başa çatmasına bir neçə gün qalmış komissiya yaradılacaq ki, o, müddətin uzadılmasına lüzum olub-olmaması məsələsini həll edəcək ".

Onun sözlərinə görə, bu gün buna ehtiyac yoxdur.

Ərizələrin qeydiyyatı və təsdiqlənməsi prosesi mayın 31-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti