...

Azərbaycan ərazisində Araz və Kür çayları ayrıla bilər - nazir Hüseynqulu Bağırov

Cəmiyyət Materials 24 May 2010 17:32 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, Azərbaycan ərazisində Araz və Kür çaylarının ayrılması təklifləri var.
Azərbaycan ərazisində Araz və Kür çayları ayrıla bilər - nazir Hüseynqulu Bağırov

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycan ərazisində Araz və Kür çaylarının ayrılması təklifləri var.

"Ehtiyat variantların axtarışları var. Vəziyyət öyrənilir, bu axtarış işləri tədricən fövqəladə plana çevrilə bilər və prinsip etibarilə çayların ayrılması mümkündür", - Bağırov bazar ertəsi jurnalistlərə bildirib.

Nazir deyib ki, bu çaylar dəfələrlə bir-birindən ayrılıb və yenidən birləşib.

"Neftçala, Salyan, Saatlıda da Kürün ətrafında axmazlar var. Axmaz Kürün köhnə məcrasıdır. Bu məcra qrunt suları ilə dolmuş vəziyyətdə qalır", - ekologiya və təbii sərvətlər naziri əlavə edib.

Bağırov ümumilikdə hazırkı vəziyyəti gərgin qiymətləndirib. Dağlarda çox böyük qar ehtiyatları qalmaqdadır, həmçinin yağışlı hava şəraiti var.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti