...

Azərbaycanda gender bərabərliyinin təmin olunması strategiyası qəbul oluna bilər - komitə sədri Rəbiyyət Aslanova

Cəmiyyət Materials 25 May 2010 14:47 (UTC +04:00)
Azərbaycanda 2010-2015-ci illər üçün gender bərabərliyinin təmin olunması strategiyasının qəbul edilməsi məqsədəuyğundur
Azərbaycanda gender bərabərliyinin təmin olunması strategiyası qəbul oluna bilər - komitə sədri Rəbiyyət Aslanova

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M. Əliyev/

Azərbaycanda 2010-2015-ci illər üçün gender bərabərliyinin təmin olunması strategiyasının qəbul olunması məqsədə uyğundur. Bu barədə Avropa Şurası nazirlərinin Bakıda keçirilən VII "Gender bərabərliyi: bərabərliyin de-yure və de-fakto təminatı" adlı konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Mayın 24-25-də Bakıda Azərbaycan hökumətinin və Avropa Şurasının dəstəyi ilə gender bərabərliyinə dair konfrans keçirilir. Bu mövzuya aid ilk konfrans 25 il bundan öncə baş tutub.

İştirakçılar arasında Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio və BMT Baş katibinin müavini Aşa-Rouz Migiro da var.

"Strategiya dövlətin siyasətinin reallaşdırılmasını təmin edən mexanizmlərin təkmilləşdirilməsinin, dövlətin və vətəndaş cəmiyyətinin bu sahədə vəziyyətinin monitorinqinin aparılmasının əsas tələbi qismində çıxış edə bilər", - Aslanova bildirib.

Onun fikrincə, qadın lider məktəblərinin formalaşması yolu ilə qadınların siyasətə hazırlanmasının əməli mexanizmini təşkil etmək bu gün ən vacib məsələlərdən biridir.

Milli Məclisin komitə sədri bildirib ki, Azərbaycanda gender bərabərliyinin qadınların xeyrinə dəyişdiyi sahələr QHT-lər və hüquq müdafiəsi institutlarıdır.

Xəbər lenti

Xəbər lenti