...

Son günlər çaylarda suyun səviyyəsi azalıb – Azərbaycanın Ekologiya Nazirliyi

Cəmiyyət Materials 25 May 2010 15:51 (UTC +04:00)
Mayın 24-də Azərbaycan ərazisində çaylarda suyun səviyyəsinin azalması müşahidə olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Son günlər çaylarda suyun səviyyəsi azalıb – Azərbaycanın Ekologiya Nazirliyi

Аzərbaycan,Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Mayın 24-də Azərbaycan ərazisində çaylarda suyun səviyyəsinin azalması müşahidə olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Ötən günlərlə müqayisədə Surra və Şirvan məntəqələrində Kür çayında suyun səviyyəsi müvafiq olaraq 900 sm və 787 sm təşkil etməklə 28 sm, Salyanda 786 sm təşkil etməklə 27 sm, Bankədə 476 sm təşkil etməklə 12 sm, Yevlaxda 389 sm, Zərdabda 776 sm təşkil etməklə müvafiq olaraq 3 sm və 2 sm aşağı düşüb.

Araz çayında Novruzlu məntəqəsində suyun səviyyəsi ötən günlərlə müqayisədə 681 sm təşkil etməklə 25 sm, Qanıx çayında Əyriçay məntəqəsində isə 7474 sm təşkil etməklə 21 sm azalıb.

Yalnız Qıraqkəsəmənli məntəqəsində Kürdə suyun səviyyəsi 426 sm təşkil etməklə 30 sm yüksəlib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti