...

"Bakı" klubu latviyalı məşqçi Aleksandr Starkovla danışıqlar aparır

Cəmiyyət Materials 25 May 2010 17:27 (UTC +04:00)
"Bakı" klubu latviyalı məşqçi Aleksandr Starkovla danışıqlar aparır
"Bakı" klubu latviyalı məşqçi Aleksandr Starkovla danışıqlar aparır

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 2009-2010-cu il mövsümündə kuboku qazanmış paytaxtın "Bakı" futbol klubu latviyalı məşqçı Aleksandr Starkovla danışıqlara başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə etibarlı mənbədən məlumat verilib.

Məlumata görə, Starkovla ilkin razılıq əldə olunub.

Aleksandr Starkov uzun müddət Riqanın "Skonto" futbol klubunu çalışdırıb. 2003-cü ildə baş məşqçi qismində Latviya yığmasını Avropa çempionatının final mərhələsinə çıxarıb. 2005-ci ildə çalışdırdığı Moskvanın "Spartak" futbol klubu Rusiya çempionatının gümüş medalını qazanıb. Sonra yenidən Latviya yığmasının baş məşqçisi olan Starkov 2010-cu il dünya çempionatının seçmə oyunlarında millisini öz qrupunda üçüncü yerə yüksəldib. 12 qat Latviya çempionu, altıqat Latviya kubokunun sahibidir.

Hazırda "Bakı" klubunun baş məşqçisi türkiyəli mütəxəssis Cüneyit Biçərdir.

"Bakı" klubunun rəsmisi Nəriman Mehdiyev çərşənbə axşamı Trend-ə bildirib ki, komanda yeni baş məşqçi üçün bir çox namizədlər üzərində iş aparır.

"Bu istiqamətdə təhlillər aparılır. Ola bilsin ki, menecerler hansısa məşqçilərlə danışıqlar aparsın. Ancaq hazırda klub səviyyəsində hər hansı məşqçi ilə danışıqlar aparılmır", - Mehdiyev deyib.

Xəbər lenti

Xəbər lenti