...

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə ittiham olunan şəxsə hökm oxunub

Cəmiyyət Materials 25 May 2010 18:05 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pirallahı qəsəbə sakini Sədrəddin Şeydayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə ittiham olunan şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pirallahı qəsəbə sakini Sədrəddin Şeydayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Pirallahı qəsəbə sakini Sədrəddin Şeydayev 2010-cu il yanvarın 11-də Zirə qəsəbəsində yerləşən "ABU-Petrol" yanacaqdoldurma məntəqəsinə gələrək operator Vasif Kərimovu bıçaqla hədələyib və ondan pul tələb edib. Müqavimətlə rastlaşan Şeydayev tutulacağını hiss edərək hadisə yerindən qaçıb.

Xəzər rayon Polis İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Şeydayev bir gün sonra saxlanılıb.

Xəbər lenti

Xəbər lenti