...

Azərbaycan Təhsil Nazirliyi iyunun əvvəllərində təbii fəlakət zonasında mərkəzləşdirilmiş imtahanların keçirilməsi məsələsini həll edəcək

Cəmiyyət Materials 26 May 2010 11:52 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi iyunun 1-2-də təbii fəlakət zonasının orta məktəblərində şagirdlər arasında mərkəzləşdirilmiş imtahanların keçirilməsi məsələsi barədə qərar qəbul edəcək, - bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycan Təhsil Nazirliyi iyunun əvvəllərində təbii fəlakət zonasında mərkəzləşdirilmiş imtahanların keçirilməsi məsələsini həll edəcək

Аzərbaycan, Bakı, 26 may /Trend, müxbir T. Hacıyev/

Azərbaycan Təhsil Nazirliyi iyunun 1-2-də təbii fəlakət zonasının orta məktəblərində şagirdlər arasında mərkəzləşdirilmiş imtahanların keçirilməsi məsələsi barədə qərar qəbul edəcək, - bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Hər il orta məktəblərdə 9-cu və 11-ci sinif məzunları attestat almaq üçün mərkəzləşdirilmiş imtahan verirlər. Bəzi rayonlarda bu imtahanlar artıq verilib.

Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin bir qrup əməkdaşı təbii fəlakət baş vermiş zonalarda vəziyyətlə tanış olmaq, şagirdlər və müəllimlərlə görüşmək üçün göndəriləcək.

"Təbii fəlakətdən zərər çəkmiş rayonların icra hakimləri imtahanların keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildiriblər", - Mərdanov deyib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti