...

Azərbaycanlı abituriyentlərə Ukraynada təhsil almaq şansı verilir - konsul (FOTO)

Cəmiyyət Materials 26 May 2010 14:49 (UTC +04:00)
Ukrayna azərbaycanlı abituriyentlərə oradakı ali təhsil ocaqlarında təhsil almaq hüququnu vermək niyyətindədir, - bu barədə Ukraynanın Azərbaycandakı konsulu Vitali Kramarenko Ukraynanın Təhsil Nazirliyindən olan nümayəndə heyəti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanlı abituriyentlərə Ukraynada təhsil almaq şansı verilir - konsul (FOTO)

Аzərbaycan, Bakı, 26 may /Trend, müxbir V.Javoronkova/

Ukrayna azərbaycanlı abituriyentlərə oradakı ali təhsil ocaqlarında təhsil almaq hüququnu vermək niyyətindədir, - bu barədə Ukraynanın Azərbaycandakı konsulu Vitali Kramarenko Ukraynanın Təhsil Nazirliyindən olan nümayəndə heyəti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanda təhsil sahəsində böyük imkanlar var, Ukrayna nümayəndə heyətinin səfərinin məqsədi - Azərbaycan abituriyentlərinin seçki hüquqlarını genişləndirməkdən ibarətdir", -  Kramarenko bildirib. - "Ukraynanın Azərbaycandakı Səfirliyi həmin ölkədə təhsil almağı arzu edən azərbaycanlı tələbələrə dəstək olmağa hazırdır".

Ukraynanın Təhsil Nazirliyi yanında Beynəlxalq Təhsil Mərkəzindən olan nümayəndə heyətinin tərkibinə mərkəzin direktoru Vyaçeslav Timoxin, Ukrayna BTM-in Azərbaycanda nümayəndəsi Aydın Novruzov, Şevçenko adına Kiyev Milli Universitetinin və Qorki adına Tibb Universitetinin nümayəndələri - Tatyana Tabenskaya və Yevgeni Rojdestvenski daxildirlər.

Nümayəndə heyəti üzvlərinin sözlərinə görə, azərbaycanlı tələbələr Ukraynanın ali məktəblərində həm bakalavr, həm magistr, eləcə də tibbi təhsilin müvafiq mərhələləri üzrə, ixtisasıdəyişmə, ikinci ali təhsil almaq imkanına malikdirlər. Tələbələrin bu universitetlərə qəbul olunmaları üçün rus dilini, seçilmiş fakültəyə uyğun fənləri bilmələri əsas şərtdir, - tədbir iştirakçıları bildiriblər.

Novruzovun sözlərinə görə, xaricilər yerli tələbələrdən daha çox üstünlüklərə malikdirlər; belə ki, onlar ali məktəblərə imtahanlar yox, müsahibə əsasında qəbul olunurlar. "Azərbaycanlı tələbələrə Ukraynada təhsil almaq əlverişlidir, çünki burada Avropa ilə müqayisədə aşağı təhsil haqqına yüksəksəviyyəli təhsil almaq və universiteti bitirəndə diplomun beynəlxalq dərəcədə tanınması kimi üstünlüklər vardır", - o hesab edir.

Xəbər lenti

Xəbər lenti