...

Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Latviyada konfrans keçirilib

Cəmiyyət Materials 26 May 2010 13:56 (UTC +04:00)
Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu" adlı konfrans "Ocaq" Latviya - Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunub.
Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Latviyada konfrans keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Latviyada konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu" adlı konfrans "Ocaq" Latviya - Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunub.

Tədbiri "Ocaq" Latviya - Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Latviya Təhsil Nazirliyi Məşvərət Şurasının sədri, Latviya Respublikası Prezidenti Yanında Milli Azlıqlar Üzrə Məşvərət Şurasının üzvü Roman Əliyev açıb. Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Latviya Parlamentinin deputatı Boris Tsileviç öz çıxışında Azərbaycanın iqtisadi və humanitar inkişafından, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən və qaçqınların problemlərinin müvəffəqiyyətlə həllindən danışıb. "Bunlar Azərbaycanın iqtisadi resurslarının düzgün istiqamətə yönəldilməsinin və Azərbaycan xalqının rifahı naminə görülən işlərin nəticəsidir", - deyə litvalı deputat bildirib.

O, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını Litvanın hər zaman dəstəklədiyini deyib.

Deputat Oskars Kastens öz çıxışında bu il mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə xüsusi diqqət çəkərək bildirib ki, bu sənəd Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı baxımından proqressiv mahiyyət kəsb edir. Deputat Avropa Birliyində, Belçika və Strasburqda yerləşən digər Avropa strukturlarında təmsil olunan Latviya nümayəndələrini Azərbaycanın mövqelərini daha fəal dəstəkləməyə çağırıb. Onun fikrincə, bu istiqamətdə Latviyada yaşayan azərbaycanlıların da həm Latviya Seyminin, həm Azərbaycan Milli Məclisinin deputatları, həm də digər müvafiq strukturlarla əməkdaşlığı vacibdir.

Latviya Ədliyyə Nazirliyinin nümayəndəsi İrina Vasilyeva "Ocaq" cəmiyyətinə, onun ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığına və keçirdiyi bu cür ciddi tədbirlərə görə minnətdarlığını bildirib. O, ölkədəki milli azlıqların, digər xaqların icmalarının yaratdığı təşkilatların fəaliyyəti haqqında da məlumat verib.

Latviya - Azərbaycan Cəmiyyətinin fəalları Eldəniz Medov, Adıgözəl Məmmədov və Aydın Əsgərov öz çıxışlarında bildiriblər ki, onların başlıca vəzifəsi həm Latviya vətəndaşları, həm də bu ölkədə yaşayan digər xalqlarla qarşılıqlı hörmət və tolerant şəraitdə yaşamaqdır.

Xəbər lenti

Xəbər lenti