...

Birləşmiş Ərəb Əmirliklərində 28 May - Respublika Günü qeyd olunub

Cəmiyyət Materials 26 May 2010 17:53 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində "Azərbaycan" Cəmiyyəti 28 May - Respublika Günü münasibətilə tədbir keçirib.
Birləşmiş Ərəb Əmirliklərində 28 May - Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində "Azərbaycan" Cəmiyyəti 28 May - Respublika Günü münasibətilə tədbir keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Bayram tədbirində cəmiyyətin sədri Samir İmanov qeyd edib ki, ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. O deyib ki, ötən əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycanın dövlətçiliyinin, suverenliyinin qorunub saxlanmasında, möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Biz Azərbaycanlıyıq" sənədli filmi nümayiş etdirilib.

BƏƏ Parlamenti sədrinin birinci müavini Əhməd Sabib Al Zahiri, Dubay Şeyxinin Aparatının (Divan) hüquq məsələləri üzrə müşaviri Balhul Lvey və Dubay İnsan Hüquqları İnstitutunun rəhbəri Abdullah Məhəmməd "Azərbaycan" Cəmiyyətinin sədrinə zəng vuraraq 28 May - Respublika Günü münasibətilə BƏƏ-də yaşayan soydaşlarımızı və bütün Azərbaycan xalqını təbrik ediblər.

Xəbər lenti

Xəbər lenti