...

Azərbaycanda dələduzluqda ittiham olunan şirkət rəhbərinə 7 il cəza verilib

Cəmiyyət Materials 27 May 2010 15:41 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Azad Ticarət" MMC-nin təsisçisi və direktoru Səbinə Mahmudova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda dələduzluqda ittiham olunan şirkət rəhbərinə 7 il cəza verilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan şirkət rəhbərinə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Azad Ticarət" MMC-nin təsisçisi və direktoru Səbinə Mahmudova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mahmudova "Azad Ticarət" MMC-nin təsisçisi və direktoru kimi dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin 100 min manatdan çox pulunu mənimsəyib.

Təqsirləndirilən şəxs zərərçəkənlərin şikayəti əsasında 2010-cu ilin martın 30-da Səbail rayon Polis İdarəsi tərəfindən tutulub.

O, Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq (178.2.4) və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1) maddələri ilə təqsirli bilinib.

Xəbər lenti

Xəbər lenti