...

Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyətin öyrənilməsi məqsədilə sorğu keçirilir - Zərdabi Mətbuat Mərkəzi

Cəmiyyət Materials 31 May 2010 12:18 (UTC +04:00)
Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyətin öyrənilməsi məqsədilə sorğu keçirilir. Bu barədə Trend-ə Zərdabi Mətbuat Mərkəzindən (ZMM) məlumat veriblər. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan «Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təşkili başlıca amil kimi» layihəsi çərçivəsində ZMM sorğular keçirməyə başlayıb.
Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyətin öyrənilməsi məqsədilə sorğu keçirilir - Zərdabi Mətbuat Mərkəzi

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyətin öyrənilməsi məqsədilə sorğu keçirilir. Bu barədə Trend-ə Zərdabi Mətbuat Mərkəzindən (ZMM) məlumat veriblər. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan "Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təşkili başlıca amil kimi" layihəsi çərçivəsində ZMM sorğular keçirməyə başlayıb.

Sorğu iki istiqamət üzrə - jurnalistlər və dövlət qurumlarının təmsilçiləri arasında həyata keçiriləcək.

Jurnalistlər arasında keçiriləcək sorğuda ölkədə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların cəmiyyətə informasiyavermə sahəsindəki fəaliyyətinin səviyyəsi və qənaətbəxşlik dərəcəsi nəzərdən keçiriləcək. Rəyi soruşulanlara, həmçinin, ölkədə ilk mənbədən məlumat alınmasına dair vəziyyətin aspektləri ilə bağlı suallar da ünvanlanacaq.

Dövlət qurumlarının təmsilçiləri arasında gerçəkləşdiriləcək sorğu iyun ayını əhatə edəcək. Bu zaman rəyi soruşulanlara yaydıqları informasiyaların KİV-də işıqlandırılmasına dair suallar ünvanlanacaq.

ZMM sorğuların nəticələrini və hər iki istiqamət üzrə ümumiləşdirilmiş təhlili iyulda - "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: reallıqlar və müasir tendensiyalar" mövzusundakı "dəyirmi masa"da açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti