...

Aliyə Qarayeva titulunun müdafiəsinə hazırlaşır

Cəmiyyət Materials 31 May 2010 16:08 (UTC +04:00)
İyunun 4-5-də Bakıda bədii gimnastika üzrə 17-ci Azərbaycanın çempionatı keçiriləcək. Yarışda 1995-97-ci il təvəllüdlü 27 gimnast qız iştirak edəcək.
Aliyə Qarayeva titulunun müdafiəsinə hazırlaşır

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

İyunun 4-5-də Bakıda bədii gimnastika üzrə 17-ci Azərbaycanın çempionatı keçiriləcək. Yarışda 1995-97-ci il təvəllüdlü 27 gimnast qız iştirak edəcək. Gimnast qızlar medallar uğrunda mübarizəni həm şəxsi çoxnövçülükdə, həm də ayrıca finallarda aparacaq. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın hazırkı çempionu Aliyə Qarayevadır. O, ikinci dəfə öz titulunun müdafiəsinə hazırlaşır. Qarayeva Anna Qurbanovanı əsas rəqib sayır. Qurbanova çempionatda hələ ki yalnız ayrı-ayrı növlər üzrə qələbə qazanıb.

Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Neftçi" klubundan başqa, yarışda "Spartak" və "Sərhədçi"nin idmançıları da iştirak edəcək. Gəncə və Masazır idman məktəblərinin gimnast qızları da qala-konsertdə nümunəvi nömrələrlə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti