...

Azərbaycan üzgüçüləri Dünya və Avropa çempionatlarında iştirak edəcəklər

Cəmiyyət Materials 2 İyul 2010 13:47 (UTC +04:00)
Azərbaycanlı idmançı, suyatullanma üzrə idman ustası Fərid Qurbanov iyulun 7-də idmanın bu növü üzrə Avropa Çempionatında iştirak edəcək, - Gənclər və İdman Nazirliyindən verilən məlumatda deyilir.
Azərbaycan  üzgüçüləri Dünya və Avropa çempionatlarında iştirak edəcəklər

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir М.Əliyev/

Azərbaycanlı idmançı, suyatullanma üzrə idman ustası Fərid Qurbanov iyulun 7-də idmanın bu növü üzrə Avropa Çempionatında iştirak edəcək, - Gənclər və İdman Nazirliyindən verilən məlumatda deyilir.

Finlandiyanın Helsinki şəhərində keçiriləcək Avropa Çempionatı iyulun 14-nə qədər davam edəcək.

İyulun 15-də Kanadanın Roberval şəhərində açıq suda üzgüçülük üzrə Dünya Çempionatında üç azərbaycanlı idmançı iştirak edəcək. Hər üç üzgüçü - Sergey Fesenko, İnqa Koçur və Anastasiya Jibkova 10 km məsafədə yarışacaqlar.

Xəbər lenti

Xəbər lenti