...

Azərbaycanda bu gün ali məktəblərə qəbul imtahanları keçirilir

Cəmiyyət Materials 4 İyul 2010 09:28 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bazar günü 2010/2011-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Azərbaycanda bu gün ali məktəblərə qəbul imtahanları keçirilir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bazar günü 2010/2011-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Trend-in məlumatına görə, imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılır. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində isə 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 235 imtahan rəhbəri cəlb olunub.
 
2010-cu ildə III qrup üzrə 33 316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30 187 nəfəri Azərbaycan bölməsinin, 3129-u isə rus bölməsinin məzunudur. Abituriyentlərin  9227 nəfərini oğlanlar, 24 089 nəfərini isə qızlar təşkil edir. 16 876 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 15 732 orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1630 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu il, ən gənc isə 1995-ci il təvəllüdlüdür.
 
Bakı şəhərində 27 807 abituriyent, Naxçıvanda 1893 abituriyent, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.

Xəbər lenti

Xəbər lenti