...

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Cəmiyyət Materials 4 İyul 2010 12:46 (UTC +04:00)
Bolqarıstanın Samokov şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Bolqarıstanın Samokov şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə yarışların birinci günündə azərbaycanlı idmançılar - Eldəniz Əzizli (50 kq) və Kamran Məmmədov (60 kq) - iki qızıl medal qazanıblar.

Əzizli çempionluğa doğru yolda Rusiya, Türkiyə və Xorvatiyadan olan rəqiblərini məğlub edib, finalda isə gürcü Tornik Maxaradzeyə qalib gəlib.

Məmmədov isə belarus, macar və türk güləşçilərini məğlub edib, yarımfinalda erməni Aleksan Mikaelyana, finalda isə ukraynalı Lenur Temirova qalib gəlib.

Xəbər lenti

Xəbər lenti