...

Azərbaycanın təhsil naziri 1-ci sinfə gedən uşaqların qəbulu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 5 İyul 2010 10:45 (UTC +04:00)
Azərbaycanın təhsil naziri 1-ci sinfə gedən uşaqların qəbulu ilə bağlı heç bir ciddi dəyişikliyin olmadığını bildirib.
Azərbaycanın təhsil naziri 1-ci sinfə gedən uşaqların qəbulu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın təhsil naziri 1-ci sinfə gedən uşaqların qəbulu ilə bağlı heç bir ciddi dəyişikliyin olmadığını bildirib.

"Bəzi media qurumları cəmiyyətə səhv məlumat çatdırmaqla ictimaiyyəti çaşdırırlar. Birinci sinfə gedənlərin qəbulundə ciddi yenilik olmayıb. Hər il olduğu kimi, bu il də sentyabrın 15-nə kimi 6 yaşı tamam olan uşaqların məktəblərə qəbulunda heç bir problem yoxdur. Sentyabrın 15-dən oktyabrın sonuna qədər 6 yaşı tamam olan uşaqların qəbulu məktəblərin ixtiyarına verilib", - bunu təhsil naziri Misir Mərdanov bazar ertəsi Trend-in əməkdaşının sualına cavab olaraq jurnalistlərə bildirib.

Ötən həftə bəzi media qurumlarında 1-ci sinfə gedən uşaqların qəbulundə dəyişikliyin olması barədə məlumat getmişdi. Məlumata əsasən, 1-ci sinfə getmək istəyən uşaqların işi öncə Təhsil Nazirliyində yaradılan komissiyaya təqdim olunmalı idi.

Mərdanov deyib ki, noyabr ayından etibarən, 6 yaşı tamam olan uşaqlar müstəsna hallarda, istedadlı uşaqları seçmək üçün nazirlikdə pedaqoq və psixoloqların iştirakı ilə komissiya yaradılıb. Bu halda komissiyanın qərarı ilə o uşaqlar birinci sinifə qəbul olacaqlar.

Xəbər lenti

Xəbər lenti