...

Azərbaycanın iki tanınmış elm xadimi Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib (YENİLƏNİB)

Cəmiyyət Materials 6 İyul 2010 17:19 (UTC +04:00)
RED. əlav.: Azərbaycanın Gürcüstandakı səfirliyinin məlumatından təfərrüatlar əlavə olunub
Azərbaycanın iki tanınmış elm xadimi Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib (YENİLƏNİB)

RED. əlav.: Azərbaycanın Gürcüstandakı səfirliyinin məlumatından təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın iki tanınmış elm xadimi, ölkədə elmi fikrin inkişafına töhfə vermiş dünya şöhrətli alim, həkim-onkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Cəmil Əliyev və ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçiliblər. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin məlumatında bildirilir.

Akademik Cəmil Əliyev onkologiya sahəsində xüsusi xidmətlərinə, bu sahə ilə bağlı Gürcüstanda keçirilən konfranslarda qiymətli və mühüm tədqiqatlar əsasında hazırlanan dərin və məzmunlu məruzələrinə görə bu fəxri ada layiq görülüb.

ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Məlumatda qeyd olunduğu kimi, Yusifzadə qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə həyata keçirilməsində xidmətlərinə görə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib.

Yusifzadənin iştirakı və rəhbərliyi altında Xəzərin Azərbaycan, Rusiya, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft-qaz yatağı kəşf edilərək (o cümlədən "Azəri-Çıraq-Günəşli"), istismara verilib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Yusifzadə hazırda şirkətin birinci vitse-prezidentidir.

O, 2000-ci ildə müstəqil Azərbaycanın "İstiqlal" ordeni, 2004-cü ildə "Əsrin müqaviləsi"nin 10 illiyi münasibətilə "Şöhrət" ordeni və 2009-cu ildə "Şərəf" ordeni ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti