...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ixtisas seçiminə yardım etmək üçün vəsait nəşr etdirib

Cəmiyyət Materials 7 İyul 2010 16:53 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ixtisas seçiminə yardım etmək üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr etdirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ixtisas seçiminə yardım etmək üçün vəsait nəşr etdirib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ixtisas seçiminə yardım etmək üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr etdirib. Bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumata əsasən, vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Analoji vəsait I ixtisas qrupu üzrə qəbul imtahanından iki gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti