...

Azərbaycan ombudsmanının müdaxiləsindən sonra vətəndaşın pozulmuş mənzil hüququ bərpa olunub

Cəmiyyət Materials 8 İyul 2010 18:15 (UTC +04:00)
Azərbaycan ombudsmanının müdaxiləsindən sonra vətəndaşın pozulmuş hüququ bərpa olunub. Bu barədə cümə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan ombudsmanının müdaxiləsindən sonra vətəndaşın pozulmuş mənzil hüququ bərpa olunub

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ombudsmanının müdaxiləsindən sonra vətəndaşın pozulmuş hüququ bərpa olunub. Bu barədə cümə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

"Bakı şəhər sakini Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, yaşadığı binanın sökülməsi ilə əlaqədar olaraq yeni mənzilə köçə bilmədiyini, bu məsələ ilə bağlı etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirib, hüquqlarının müdafiəsi istiqamətində müvafiq kömək göstərilməsini ombudsmandan xahiş edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Süleymanova şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini Nərimanov rayon İcra Hakimiyyətinə tapşırıb.

Görülmüş tədbirlər nəticəsində ərizəçinin adına Ə.Əliyev küçəsi, 26 ünvanındakı 6 nömrəli binada ümumi sahəsi 90,4 kvadratmetr olan ikiotaqlı mənzilə order yazılıb, vətəndaş təmir işləri üçün pul kompensasiyası ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti