...

Azərbaycanda bu gün ali məktəblərə qəbul imtahanları keçirilir

Cəmiyyət Materials 11 İyul 2010 10:24 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 11-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Azərbaycanda bu gün ali məktəblərə qəbul imtahanları keçirilir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 11-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

İmtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılır, TQDK-nın saytında deyilir. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 44, Gəncə şəhərində 7, Sumqayıt şəhərində 8, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

2010-cu ildə I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib.

Sənəd verənlərin 32992 nəfəri Azərbaycan bölməsinin, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfərini oğlanlar, 14222 nəfərini isə qızlar təşkil edir.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici ölkələrin vətəndaşıdır. 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

1191 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1954 -cü ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda isə 4346 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.

Xəbər lenti

Xəbər lenti