...

Bakıda fizika üzrə mötəbər beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 15 İyul 2010 11:41 (UTC +04:00)
Bakıda sentyabrın 28-dən 30-dək "Üçqat və çoxqat birləşmələr üzrə17-ci beynəlxalq konfrans" (İSPMC-17) keçiriləcək.
Bakıda fizika üzrə mötəbər beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M. Əliyev/

Bakıda sentyabrın 28-dən 30-dək "Üçqat və çoxqat birləşmələr üzrə17-ci beynəlxalq konfrans" (İSPMC-17) keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumatda bildirilir.

Konfransın təşkilatçıları AMEA Fizika İnstitutu və Yaponiyanın Osaka Universitetidir.

1976-cı ildən başlayaraq, hər iki ildən bir keçirilən konfransda dünyanın qabaqcıl ölkələrindən 150-dək nümayəndə iştirak edəcək.

Konfransda dinləniləcək məruzələrin tezisləri ingilis dilində sentyabrın 28-dək qəbul ediləcək və məruzələr ingilis dilində dinləniləcək. Konfransda dinləniləcək ən yaxşı məruzələr dünyanın aparıcı elmi jurnallarında dərc ediləcək.

Xəbər lenti

Xəbər lenti