Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan atletləri Kanadada keçiriləcək Dünya Çempionatına yollanır. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda deyilir ki, iyulun 16-da Kanadanın Montkon şəhərində gənclər arasında Dünya Çempionatına start veriləcək. Azərbaycan bu yarışda 2 atleti ilə təmsil olunacaq.
Murad İbadullayev 1500 m, 3000 m məsafələrdə və Layeş Abdullayeva üç təkanla tullanmada öz qüvvələrini sınayacaqlar.
İdmançıları bu yarışda məşqçilər Nazim İsrafilov və Metin Sezak müşayiət edəcəklər.
Yarışlar 26 iyuladək davam edəcək.