...

Azərbaycanın Lənkəran şəhərində tələbələr üçün "Liderlik Məktəbi" yaradılacaq

Cəmiyyət Materials 15 İyul 2010 14:20 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 28 iyul tarixindən başlayaraq, Lənkəran şəhərində 1-ci və 2-ci kurs tələbələri üçün "Liderlik Məktəbi" adlı layihə həyata keçirəcək.
Azərbaycanın Lənkəran şəhərində tələbələr üçün "Liderlik Məktəbi" yaradılacaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M. Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 28 iyul tarixindən başlayaraq, Lənkəran şəhərində 1-ci və 2-ci kurs tələbələri üçün "Liderlik Məktəbi" adlı layihə həyata keçirəcək. Bu barədə Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

"Liderlik Məktəbi"ndə 39 ali təhsil müəssisəsindən 130 tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində tələbələrə liderlik və təşkilati quruculuq, ictimaiyyətlə əlaqələr, layihələrin yazılması və idarə olunması, maliyyə vəsaitinin toplanması mövzuları üzrə təlimlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti