...

Azərbaycanda cıdır yarışları keçiriləcək

Cəmiyyət Materials 16 İyul 2010 16:10 (UTC +04:00)
Azərbaycanda sabah cıdır yarışları keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda cıdır yarışları keçiriləcək

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda sabah cıdır yarışları keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat veriblər. Məlumatda deyilir ki, iyulun 17-də keçiriləcək yarış Bakı Dövlət cıdır meydanında baş tutacaq.

Cıdır yarışlarının 8 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulub. Hər kateqoriyaya uyğun olaraq müxtəlif cıdır məsafələri olacaq. Yarışlarda jokeylər öz məharətlərini Qarabağ, Dilbaz, ingilis və ərəb atlarında göstərəcəklər. Yarışda ümumi olaraq 50 at və 20 jokeyin iştirakı nəzərdə tutulub. Cıdır yarışının ümumi mükafat fondu 8 min manat təşkil edir.

Yarışda tamaşaçı kimi iştirak edənlərə pulsuz olaraq uduşlu biletlər paylanacaq, qalib tamaşaçılara qiymətli hədiyyələr veriləcək.

Xəbər lenti

Xəbər lenti