...

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlər artıb

Cəmiyyət Materials 19 İyul 2010 11:25 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) bu ilin 6 ayı ərzində xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı artıb. Bu barədə bazar ertəsi DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlər artıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) bu ilin 6 ayı ərzində xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı artıb. Bu barədə bazar ertəsi DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu qəbildən olan müraciətlər 33 faiz çoxalıb.

Hesabat dövründə DSMF-yə daxil olan 1147 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində fonda MDB ölkələrindən 800 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim edilməsi, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən fonda 73 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq, vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 274 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşüb.

Xəbər lenti

Xəbər lenti