...

İsrailli ravvin Ankarada baş nazir Ərdoğanla görüşəcək

Cəmiyyət Materials 19 İyul 2010 12:24 (UTC +04:00)
İsrailin Tekoa yaşayış məskəninin baş ravvini Menahem Furman yaxın vaxtlarda Türkiyənni baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır. Bu barədə Türkiyənin “Milliyyət” qəzetinin saytı məlumat verir.
İsrailli ravvin Ankarada baş nazir Ərdoğanla görüşəcək

İsrailin Tekoa yaşayış məskəninin baş ravvini Menahem Furman yaxın vaxtlarda Türkiyənni baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır. Bu barədə Türkiyənin "Milliyyət" qəzetinin saytı məlumat verir.

Furmanın səfəri mayın sonlarında Qəzzaya gedən "Azadlıq donanması" humanitar gəmilərilə bağlı baş vermiş insidentlə əlaqədar Türkiyə ilə İsrail arasındakı ikitərəfli münasibətlərdəki qalmaqal fonunda baş tutacaq.

Humanitar konvoyun İsrail HDQ tərəfindən ələ keçirilməsi nəticəsində doqquz türk həlak olub. Ankara İsraildən rəsmi üzrxahlıq və kompensasiya ödənilməsini tələb edir.

Özünün müsəlman dünyası ilə olan əlaqələrinə görə məşhur olan Furman bir ildən çoxdur ki, Türkiyənin baş naziri Ərdoğanın administrasiyası ilə əlaqə saxlayır.

Onun sözlərinə görə, Yaxın Şərqdə sülhə yalnız dialoq və müsəlman din xadimləri ilə sıx əlaqələr sayəsində nail olmaq olar. Furman hesab edir ki, regiona sülh gətirən ölkə məhz Türkiyə olacaq.

Türkiyənin "Milliyyət" qəzetinin məlumatına görə, İsraildə ravvinin gələcək səfərinə və onun türk siyasətçiləri ilə görüşlərinə keçmiş hərbi və starteji müttəfiqlərin barışması yolunda mühüm addım kimi baxırlar.

Bu, Furmanın Ankaraya son bir ayda ikinci səfəri olacaq. O, həmçinin, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəllə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti