...

Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I Illik simpoziumu keçiriləcək (FOTO)

Cəmiyyət Materials 20 İyul 2010 16:05 (UTC +04:00)
Trend BİA-nın mətbuat mərkəzində keçirilən mətbuat konfransında simpoziumla bağlı məlumat verən "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, oktyabrın 22-23-də keçiriləcək simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Londonun Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycanda beynəlxalq münasibətlər üzrə alimlərin I Illik simpoziumu keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda oktyabr ayında beynəlxalq münasibətlər üzrə alimlərin I Illik simpoziumu keçiriləcək.

Trend BİA-nın mətbuat mərkəzində keçirilən mətbuat konfransında simpoziumla bağlı məlumat verən "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, oktyabrın 22-23-də keçiriləcək simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Londonun Konfliktlər və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Təşkilatın sədri bildirib ki, simpoziumun əsas məqsədləri regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir.

Simpoziumda 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə həm operativ, həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq.

Təşkilat Komitəsi adından danışan Rövşən İbrahimov bildirib ki, müasir dünya siyasətində Cənubi Qafqazın artan rolu təkzibedilməzdir.

Konfransda vurğulanıb ki, artmaqda olan təhlükələrin, qloballaşmağa doğru yönələn sürətli proseslərin, informasiya və kommunikasiya texnologiyalarının inqilabi tərəqqisini nəzərə alaraq, geosiyasi strateji zonanın kəsişməsində yerləşən və dünyada ən potensial münaqişə zonası hesab olunan Cənubi Qafqaz daha da önəm daşımağa başlayıb.

İbrahimov bildirib ki, Azərbaycan bu beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır və dünya miqyasından olan ekspertləri regiona cəlb etməklə, sistematik və davamlı danışıq platformasını inkişaf etdirməyə cəhd edir. Bu konfransın ənənəyə çevrilərək hər il keçirilməsi, yeni müzakirə mərhələlərini davamlı olaraq inkişaf etdirməyə şərait yaradacaq.

Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək və dünyanın bütün elm və beyin mərkəzlərinə göndəriləcək.

Konfransın təşkilatçıları tərəfindən yaradılan "online" forumda simpozium iştirakçıları müzakirələri davam etdirə biləcəklər.

Simpoziumun aparıcı dili ingilis dili olacaq.

Açılış mərasimində XİN-in və Prezident Administrasiyasının yüksək nüfuzlu rəsmilərinin çıxışları olacaq.

Xəbər lenti

Xəbər lenti