...

Azərbaycanda ibadət yerlərinin inşası, bərpası və təmiri ilə bağlı yaradılan Şuranın ilk iclası keçirilib

Cəmiyyət Materials 23 İyul 2010 16:24 (UTC +04:00)
Azərbaycanda ibadət yerlərinin inşası, bərpası və təmiri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuranın cümə günü ilk iclası keçirilib.
Azərbaycanda ibadət yerlərinin inşası, bərpası və təmiri ilə bağlı yaradılan Şuranın ilk iclası keçirilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ibadət yerlərinin inşası, bərpası və təmiri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuranın cümə günü ilk iclası keçirilib.

İclasda qeyd olunub ki, Şuranın əsasnaməsi və iş planı hazırlanıb və tərkibi müəyyənləşib. Məlumatı Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Şuranın tərkibinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Zülfüqar Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Fərhad Mollazadə daxildir.

İclasın gündəliyini açıqlayan Dövlət Komitəsinin sədri Hidayət Orucov Şuranın üzərinə düşən vəzifənin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib. Qeyd edib ki, belə bir qurumun fəaliyyət göstərməsi dini ibadət yerlərinin tikintisi və yenidən qurulması işində peşəkarlığın artmasına və gələcəkdə möhtəşəm dini məbədlərin meydana gəlməsinə təkan verəcək.

Şuranın yaradılmasını və onun işinə mütəxəssislərin cəlb olunmasını müsbət qiymətləndirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Zülfüqar Məmmədov qurumun fəaliyyəti ilə bağlı təkliflərini verib. O qeyd edib ki, dini ibadət yerlərinin tikintisi zamanı təkcə tikinti-memarlıq xüsusiyyətlərinin deyil, eləcə də onların inşa olunduğu ərazidə yaşayanların sayı nəzərə alınmalı, həmin sayla ibadət evinin parametrləri uzlaşdırılmalıdır.

İclasın gündəliyə uyğun olaraq dini ibadət yerlərinin tikintisi və yenidən qurulması ilə bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətlərə də baxılıb. Şuraya təqdim olunmuş sənədlər öyrənilib və gərəkli müzakirələr aparılıb. Sənədləri təqdim olunmuş ibadət yerlərindən İçərişəhər Məhəmməd məscidinin bərpası ilə bağlı layihəyə müsbət rəy verilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti