...

Azərbaycan ali məktəblərinə ikinci ixtisas qrupu imtahanlarının nəticələri iyulun 25-də elan olunacaq

Cəmiyyət Materials 24 İyul 2010 14:08 (UTC +04:00)
Azərbaycan ali məktəblərinə ikinci ixtisas qrupu imtahanlarının nəticələri iyulun 25-də elan olunacaq.
Azərbaycan ali məktəblərinə ikinci ixtisas qrupu imtahanlarının nəticələri iyulun 25-də elan olunacaq

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ali məktəblərinə ikinci ixtisas qrupu imtahanlarının nəticələri iyulun 25-də elan olunacaq. Bu barədə şənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

"İmtahanın nəticələri İyulun 25-nə qədər elan olunacaq. Bununla da ali məktəblərə qəbulun birinci mərhələsi başa çatacaq və müsabiqədən keçən abituriyentlər üçün növbəti və daha ciddi mərhələ start götürəcək", - Nağızadə əlavə edib.

Nağızadənin bildirdiyinə görə, ikinci ixtisas qrupunun imtahanlarında iştirak etmək üçün 28072 abituryient qeydiyyatdan keçmişdi: "İlkin məlumata görə, qeydiyyatdan keçmiş abituryientlərin 638 nəfəri imtahana gəlməyib və 30 abituriyent imtahanda yol verdiyi müxtəlif qayda pozuntularına görə imtahandan xaric olunub. Qayda pozuntusuna yol verdiyinə görə xaricetmə hallarından 3-ü Naxçıvan şəhərində, digərləri isə Bakı şəhərində qeydə alınıb. Qayda pozuntusu, əsasən, köçürmə halları və imtahan zalına mobil telefon keçirmək cəhdləri olub", - Nağızadə bildirib.

İyulun 23-də Azərbaycan ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.

Xəbər lenti

Xəbər lenti