...

"İRƏLİ" "Media Akademiya" layihəsi çərçivəsində görüşləri davam etdirir

Cəmiyyət Materials 29 İyul 2010 11:48 (UTC +04:00)
Akademiyanın növbəti qonağı araşdırmaçı, jurnalist Pərviz Əbubəkirov olub. Qonaq gənclərə kriminal jurnalistika haqqında danışıb; daha sonra əyani vəsait olaraq, 1 il müddətində araşdırma apardığı bir cinayət işi ilə bağlı hazırladığı sənədli filmi gənclərə təqdim edib. Bundan əlavə, P.Əbubəkirov gənclərin çoxsaylı suallarını da cavablandırıb.
"İRƏLİ" "Media Akademiya" layihəsi çərçivəsində görüşləri davam etdirir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Akademiyanın növbəti qonağı araşdırmaçı, jurnalist Pərviz Əbubəkirov olub. Qonaq gənclərə kriminal jurnalistika haqqında danışıb; daha sonra əyani vəsait olaraq, 1 il müddətində araşdırma apardığı bir cinayət işi ilə bağlı hazırladığı sənədli filmi gənclərə təqdim edib. Bundan əlavə, P.Əbubəkirov gənclərin çoxsaylı suallarını da cavablandırıb.

Bildiyiniz kimi, akademiyanın tələbələrinə Azərbaycanın bütün tanınmış media mütəxəssisləri tərəfindən dərslər keçirilir. Gənclərə praktiki məşğələlərini Azərbaycanın bütün aparıcı TV, radio, informasiya agentlikləri və qəzetlərində keçməyə şərait yaradılıb. Alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərən akademiyanın tərkibində fəaliyyət göstərən "Radio"da - "İRƏLİ Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, professional gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Hazırda layihənin 30 iştirakçısı var.

Qeyd edək ki, layihənin partnyorları "1News", "Day.az", "APA", Trend , "News.az" informasiya agentlikləridir.

Xəbər lenti

Xəbər lenti