Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/
Sentyabrın 15-dən Azərbaycan Beynəlxalq Universitetinin qanuni əsaslarla təhsil alan tələbələri müvafiq özəl ali məktəblərə köçürüləcəklər. Bu barədə şənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.
"Biz Beynəlxalq Universitetdə qeyri-qanuni əsaslarla təhsil alan tələbələrə görə cavabdeh deyilik", - Mərdanov bildirib.
Nazirin sözlərinə görə, bu ali məktəbin pedaqoqlarının yerləşdirilməsi ilə bağlı problem yaranmayacaq, çünki onların əksəriyyəti digər ali təhsil müəssisələrinə cəlb olunub.
Universitet 1997-ci ildə dövlət qeydiyyatından keçib, 1998-ci ildə nazirlik ali məktəbə lisenziya verib. 1999-cu ildə universitet altı il müddətinə, 2005-ci ildə beş il müddətinə lisenziya alıb.
Bu il Azərbaycanın Təhsil Nazirliyi Beynəlxalq Universitetin lisenziyasını uzatmaqdan imtina edib. İmtinaya səbəb ali məktəbin fəaliyyətindəki ciddi çatışmazlıqlar olub.