...

Gürcüstan-Azərbaycan sərhədində eroziya prosesləri öyrənilir

Cəmiyyət Materials 1 Oktyabr 2010 18:37 (UTC +04:00)
Təbiəti mühafizə üzrə QHT-nin Qafqaz şəbəkəsi Gürcüstan-Azərbaycan sərhədində eroziya proseslərinin öyrənilməsinə başlayıb.
Gürcüstan-Azərbaycan sərhədində eroziya prosesləri öyrənilir

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Təbiəti mühafizə üzrə QHT-nin Qafqaz şəbəkəsi Gürcüstan-Azərbaycan sərhədində eroziya proseslərinin öyrənilməsinə başlayıb. Təşkilatdan Trend-ə verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi, Daxili İşlər və Xarici İşlər nazirliklərindən Alazan çayının sahilində Dedoplis-Skaro rayonunun şimal-şərq ərazisində sərhədin hansı prinsip üzrə keçdiyi barədə informasiya tələb olunub.

Assosiasiya nümayəndəsi Rezo Qetiaşvilinin sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin Siqnax rayonu və Dedoplis-Skaro rayonunun şimal-şərqindəki hissəsi Alazan çayının əyri yerlərindən keçir. Müəyyən hissələrdə çay dar boğazları yuyur və yüz hektarlarla ərazi çayın kənarında qalır.

Onun sözlərinə görə, belə vəziyyətdə Gürcüstan tərəfindən görülən ən effektiv tədbirlər sahil-bərkitmə işləri və boğazların qorunması olacaq.

"Bununla yanaşı, bu rayonda dövlət sərhədini müəyyən edən sənədlər də vacibdir. Bu mərhələdə Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası edilməyib və rəhbərlik üçün sovet dönəminin normativ aktları qalır. Bizdə olan məlumata görə, bəzi yerlərdə sərhəd üçün koordinatlar müəyyən olunub, digər yerlərdə isə yox. İki ölkə arasındakı yeganə sərhəd Alazan çayı olaraq qalır. Biz həmin ərazidə hansı prinsip üzrə sərhədin aparılması, koordinatların qurulması və ya qurulmaması, həmçinin Gürcüstan tərəfinin sərhədin demarkasiyasına qədər bərabərləşməsində hansı sənədləşmədən faydalanması haqqında məlumat tələb edirik. Bu məlumat Alazan çayında sahil-bərkitmə işlərinin aparılmasının məqsədəuyğunluğu üçün vacib olacaq", - Qetiaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti