...

Avstriya və Türkiyə komandaları ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Cəmiyyət Materials 2 Oktyabr 2010 14:58 (UTC +04:00)
Avstriya və Türkiyə komandaları ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.
Avstriya və Türkiyə komandaları ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir T.Hacıyev/

Avstriya və Türkiyə komandaları ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat veriblər.

Avro 2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Avstriya, oktyabrın 12-də isə Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti aşağıdakı kimidir:

Qapıçılar: Kamran Ağayev ("Xəzər-Lənkəran"), Fərhad Vəliyev ("Qarabağ") və Aqil Məmmədov ("Bakı");

Müdafiəçilər: Rail Məlikov və Ruslan Abışov (hər ikisi "Neftçi"), Saşa Yunisoğlu ("Gilan"), Vurğun Hüseynov ("Turan"), Elnur Allahverdiyev ("Xəzər-Lənkəran"), Maksim Medvedev ("Qarabağ") və Rəşad Sadıqov (Türkiyə, "Eskişehirspor");

Yarımmüdafiəçilər: Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev (hər üçü "Neftçi"),  Elvin Məmmədov, Rəşad Sadiqov, Samir Abasov (hər üçü "Qarabağ"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Aleksandr Çertoqanov ("İnter"), Fabio Luis Ramim ("Bakı") və Mahir Şükürov (Rusiya, "Anji");

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov ("Bakı") və Fərid Quliyev ("Neftçi").

Xəbər lenti

Xəbər lenti