...

Azərbaycanda gənclər üçün krizis xəttinə zəng edənlərin 80 faizi qadındır

Cəmiyyət Materials 5 Oktyabr 2010 14:15 (UTC +04:00)
Azərbaycanda problemi olan gənclərin mütəxəssislərə birbaşa müraciəti üçün yaradılan "Gənclər üçün krizis telefon xətti"nə zəng edənlərin 80 faizi qadındır.
Azərbaycanda gənclər üçün krizis xəttinə zəng edənlərin 80 faizi qadındır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda problemi olan gənclərin mütəxəssislərə birbaşa müraciəti üçün yaradılan "Gənclər üçün krizis telefon xətti"nə zəng edənlərin 80 faizi qadındır.

Gənclər və İdman Nazirliyinin dəstəyi və "İnkişaf Naminə Təşəbbüs" İctimai Birliyi tərəfindən 2006-cı ilin aprelindən fəaliyyətə başlamış krizis telefon xəttinə 20 mindən çox müraciət olunub. Bu barədə Gənclər və İdman Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müəyyən edilib ki, zəng vuran şəxslərin 80%-ni qadınlar təşkil edir. Ümumiyyətlə, orta hesabla, hər zəng 10-15 dəqiqə müddətində olur ki, bəzi hallarda ünsiyyət 40-50 dəqiqəyədək davam edir.

Xidmətə müraciət edən gənclərin ən çox üzləşdikləri problemlər şəxslərarası münasibətlər, ailədə konfliktlər, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gənclərə qarşı zorakılıq, alkoqola və narkotiklərə qurşanma və s.

Xidmət həftəiçi fəaliyyət göstərir, bütün zənglər pulsuzdur və məxfilik tam olaraq təmin edilir. Xətdə işləmək üçün ali təhsil almış psixoloqlar seçilir və əlavə olaraq onlar üçün beynəlxalq metodlar üzrə xüsusi treninqlər təşkil edilir. Xidmətin nömrəsi: 510 66 36.

Xəbər lenti

Xəbər lenti