...

Azərbaycanda çəkilən "Cavad xan" filmi Macarıstanda nümayiş etdirilib

Cəmiyyət Materials 6 Oktyabr 2010 15:11 (UTC +04:00)
Azərbaycanda çəkilən "Cavad xan" filmi Macarıstanda nümayiş etdirilib
Azərbaycanda çəkilən "Cavad xan" filmi Macarıstanda nümayiş etdirilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda çəkilən "Cavad xan" filmi Macarıstanda nümayiş etdirilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nümayişdən öncə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, məhz "Cavad xan" filminin göstərilməsi həm Azərbaycan kino mədəniyyətinin Macarıstanda təbliği, həm də Azərbaycan tarixinin müəyyən dövrü ilə bağlı həqiqətlərin macar tamaşaçılarına çatdırılması baxımından olduqca mühümdür.

Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı çıxış edərək, Avropanın mərkəzində yerləşən bir ölkənin tamaşaçılarını tarixi filmlə təəccübləndirməyin çətin olduğunu bildirib. Lakin Rüstəmxanlı Azərbaycanın tarixi ilə bağlı həqiqətlərin öyrənilməsi baxımından filmin maraqla qarşılanacağına inandığını qeyd edib.

Məlumata görə, macarlar filmə böyük maraq göstəriblər.

Nümayişdən sonra Azərbaycanın Macarıstandakı Səfirliyində tədbirlə bağlı qəbul keçirilib. Qəbulda filmin yaradıcı heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun üzvləri, macar ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qəbulda iştirak edən qonaqlar filmlə bağlı fikir mübadiləsi aparıb və təəssüratlarını bölüşüblər.

Xəbər lenti

Xəbər lenti