...

Azərbaycanda MDB-də hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi qəbul olunub

Cəmiyyət Materials 6 Oktyabr 2010 17:36 (UTC +04:00)
MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHŞ) Azərbaycanın Qəbələ rayonunda keçirilən 22-ci sessiyasında MDB-də hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi qəbul olunub.
Azərbaycanda MDB-də hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi qəbul olunub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHŞ) Azərbaycanın Qəbələ rayonunda keçirilən 22-ci sessiyasında MDB-də hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi qəbul olunub. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Sessiyada 2006-2010-cu illər ərzində hidrometeorologiya sahəsində görülmüş elmi tədqiqat işləri barədə hesabat dinlənilib, 2011-2015-ci illər üçün elmi tədqiqatların yeni planı müəyyən edilib.

Həmçinin, tədbirdə hidroloji və iqlim məlumatlarının təhlili üzrə kompüter proqramlarına, cədvəl kodlarına keçid məsələsinə, eləcə də hidrometeoroloji məlumatlar mübadiləsi, rabitə sistemləri və teleəlaqə məsələlərinə baxılıb.

MDB Dövlətlərarası Hidrometeorologiya Şurası çərşənbə axşamı işinə başlayıb və bu gün işini başa vurub.

Xəbər lenti

Xəbər lenti