...

Azərbaycanda mədəniyyət telekanalının açılışı ilə bağlı ərizələrin qəbulu üzrə tender başa çatıb

Cəmiyyət Materials 8 Oktyabr 2010 17:07 (UTC +04:00)
Azərbaycan Milli Tеlеviziyа və Rаdiо Şurаsı mədəniyyət kanalının açılışı ilə bağlı ərizələrin qəbulu üzrə tenderi başa çatdırıb.
Azərbaycanda mədəniyyət telekanalının açılışı ilə bağlı ərizələrin qəbulu üzrə tender başa çatıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Tеlеviziyа və Rаdiо Şurаsı mədəniyyət kanalının açılışı ilə bağlı ərizələrin qəbulu üzrə tenderi başa çatdırıb. Yeganə müraciət "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC-dən daxil olub. Bu barədə Trend-ə cümə günü Şura sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, adətən ərizələrin qəbulu başa çatandan sonra onlara bir ay ərzində baxılır. "Lakin yalnız bir strukturun ərizə verməsini nəzərə alaraq, biz baxılmanı daha qısa müddətdə başa çatdıracağıq", - Məhərrəmli vurğulayıb.

Milli Tеlеviziyа Rаdiо Şurаsının qərarına əsasən, avqustun 4-dən sentyabrın 4-dək Bakı və Abşeron yarımadası ərazisində 44-cü tezlikdə mədəniyyət telekanalının açılışı üzrə müsabiqə keçirilib. Müsabiqənin vaxtı oktyabrın 7-dək uzadılmışdı.

Xəbər lenti

Xəbər lenti